"Siti"nin futbolçusu hücuma məruz qaldı
Digər

"Siti"nin futbolçusu hücuma məruz qaldı

  • 2021-12-31

"Mançester Siti"nin futbolçusu Joao Kanselu 4 soyğunçunun hücumuna məruz qalıb.

Bu barədə o, özünün "İnstaqram" hesabında məlumat verib. Sözügedən şəxslər soyğunçuluq etmək istəyiblər. Bu zaman o, cinayətkarlara qarşı mübarizə aparmağa çalışıb və üzündən xəsarət alıb.

"Təəssüf ki, bu gün məni və ailəmi incitməyə çalışan dörd qorxaq tərəfindən hücuma məruz qaldım. Bütün zinət əşyalarımı götürüb, üzümü bu vəziyyətə salmağı bacardılar. Mənim üçün ən önəmlisi ailəmdir və xoşbəxtlikdən yaxşıdırlar. Həyatımdakı bu qədər maneələrdən sonra bu, aşmalı olduğum başqa bir maneədir. Möhkəm və güclü, həmişə olduğu kimi" - deyə Kanselu İnstaqramda yazıb.