Portuqaliya ilə qarşılaşma asan bir sınaq deyil
Digər

Portuqaliya ilə qarşılaşma asan bir sınaq deyil

  • 2021-06-23

“Qələbə qazanmağı qarşımıza məqsəd qoymuşuq. Bu, turnirin yeni mərhələsinə qədər özümüzə olan inamı artırmağa imkan verəcək. Portuqaliya ilə qarşılaşma asan bir sınaq deyil. Rəqib hələ pley-offa vəsiqəni təmin etməyib. Qrupda mümkün olan ən yüksək yeri tutmağa çalışacağıq".

Bu sözləri Fransa millsinin qapıçısı Huqo Loris Avro-2020-nin qrup mərhələsinin sonuncu turunda Portuqaliya ilə oyun öncəsi UEFA-nın saytına açıqlamasında deyib.

O, rəqib komandanın kapitanı Kriştiano Ronaldo haqda da danışıb: "Ronaldonu təqdim etməyə ehtiyac yoxdur. O, komandasının pley-off mərhələsinə vəsiqə qazanması üçün hər şeyi edəcək. Ronaldo futbol tarixinin ən böyük oyunçularından biridir".

Qeyd edək ki, bu gün keçiriləcək sözügedən görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.