Cerrardda koronavirus aşkarlandı
Digər

Cerrardda koronavirus aşkarlandı

  • 2021-12-26

İngiltərənin "Aston Villa" klubunun baş məşqçisi Stiven Cerrardda koronavirus aşkarlanıb.

Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Onun sonuncu COVİD-19 testi müsbət çıxıb. 41 yaşlı mütəxəssis Premyer Liqada "Çelsi" və "Lids"ə qarşı keçiriləcək növbəti matçlarında iştirak edə bilməyəcək. Sözügedən matçlar dekabrın 26-da və 28-də keçiriləcək.