"Çempionlar Liqasını qazansaydım, karyeramı bitirərdim"
Digər

"Çempionlar Liqasını qazansaydım, karyeramı bitirərdim"

  • 2021-12-24

İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon heç vaxt Çempionlar Liqasını qazana bilməməsi haqda danışıb.

Hazırda B seriyası təmsilçisi "Parma"da çıxış edən 43 yaşlı qolkiper TUDN-a açıqlamasında deyib:

"Çempionlar Liqasını qazana bilməməyim məni rəqabətdə saxlayır. Formada qalıram və buna görə peşəmə hörmət edirəm.

Bəlkə də Çempionlar Liqasını qazansaydım, karyeramı bitirərdim. Çünki nail ola bilməyəcəyim daha vacib hədəf qalmazdı”.

Qeyd edək ki, İtaliya millisi ilə dünya çempionu olan (2006) Buffon "Yuventus" və "PSJ" klublarında da çıxış edib.