Ter Ştegenin "Barselona"da 300-cü oyunu
- 2021-12-23
"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen iştirak etdiyi, La Liqanın 4-cü turunun təxirə salınmış "Sevilya"ya qarşı oyun onun üçün əlamətdar olub.
Klubun "Tvitter" səhifəsinə verilən xəbərdə, bu oyun almaniyalı qapıçının Kataloniya təmsilçisindəki 300-cü görüşü olub.
Qeyd edək ki, ter Ştegen La Liqada 198, İspaniya kubokunda 24, avrokuboklarda 71 və digər klub yarışlarında daha 7 oyun keçirib.