Pikenin cəriməsi ləğv olundu
- 2021-12-22
İspaniyanın Ali Məhkəməsi "Barselona"nın müdafiəçisi Jerard Pikeyə kəsilmiş 2.1 milyon avro məbləğində cəriməni ləğv edib.
Bu barədə "Marca" nəşri məlumat yayıb. Futbolçu 2008-2010-cu illər arasında vergi borcuna görə cərimələnmişdi. Məhkəmə onun vergi ödəməkdən yayınmasından şübhələnsə də, 34 yaşlı oyunçu günahsız olduğunu sübut edə bilib.
Qeyd edək ki, Pike 2008-ci ildən "Barselona"da oynayır.