Emre Belözoğlu Superliqada rekorda imza atdı
Digər

Emre Belözoğlu Superliqada rekorda imza atdı

  • 2021-12-22

Türkiyə Superliqasının 18-ci turunda “Giresunspor”la keçirilən ev oyunu “Başakşehir”in baş məşqçisi Emre Belözoğlu üçün əlamətdar olub.

“Başakşehir” bu oyunda qazandıqları 3:1 hesablı qələbə sayəsində Emre BelözoğluSuperliqanın tarixinə düşüb.
 

"Başakşehir" bu mövsümdəki 10-cu qələbəsini qazanıb. Üstəlik, İstanbul təmsilçisi ardıcıl 10 oyundur məğlub olmur. Oktyabrın 15-də “Beşiktaş”a qarşı keçirilən oyunla “Başakşehir”də debüt edən Belözoğlu, 10 oyunda 8-ci qələbəsinə sevinib. Daha iki oyun isə heç-heçə bitib.

O, ötən mövsümün sonunda çalışdırdığı “Fənərbaxça”da 10 oyunda 7 qələbə sevinci yaşamışd. Bununla da Emre Superliqa tarixində 15 qələbəni ən tez qazanmış yerli mütəxəssis olub. 41 yaşlı məşqçi Coşkun Özarıya məxsus rekordu qırmış olub. Özarı 15 qələbəni 21 oyunda qazanmışdı.
 
Qeyd edək ki, “Başakşehir” hazırda Superliqada 32 xalla 3-cü pillədə qərarlaşıb