Lionel Skaloni Lionel Messi haqqında danışıb
Digər

Lionel Skaloni Lionel Messi haqqında danışıb

  • 2021-06-23

Argentina millisinin baş məşqçisi Lionel Skaloni Amerika kubokunun qrup mərhələsinin 3-cü turunda Paraqvaya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra yığmanın kapitanı Lionel Messi haqda danışıb.

Xarici KİV-lərə əsasən, o, 33 yaşlı hücumçunun matçlarda fərq yaratmağa davam etdiyini deyib:

"Reallıq budur ki, Messi hər oyunda oynayır. Ona etibar etməmək çox çətindir. Messi yorğun ola bilər, amma fərq yaratmağa davam edir".