Ronaldodan xeyirxah addım
Digər

Ronaldodan xeyirxah addım

  • 2021-12-21

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo formasını xeyriyyə hərracına bağışlayıb.

"La Provinicia"ya istinadən, 36 yaşlı hücumçu Kanar arxipelaqına məxsus Palma adasında Kumbre Vyexa vulkanının püskürməsi nəticəsində zərər çəkənlərə maliyyə yardımı toplamaq üçün bu addımı atıb.

"Hətta vulkanın gücü də Palma ilə müqayisə oluna bilməz. Gözəl adaya dəstəyim" deyə o, köynəyin üzərinə yazıb.

Dekabrın 24-də hərraca çıxarılacaq formadan əldə olunan gəlirlər zərərçəkənlərə yardım məqsədilə istifadə olunacaq.

Qeyd edək ki, sentyabrın 19-da adada vulkan püskürməsi başlayıb. 88 gün ərzində 1600-dən çox bina dağıdılıb, 74 km yol zədələnib, 7 mindən çox insan təxliyə edilib.