"Mançester Siti" Aqueroya vəzifə təklif etdi
Digər

"Mançester Siti" Aqueroya vəzifə təklif etdi

  • 2021-12-19

"Mançester Siti" ürəyindəki problemə görə karyerasını başa vuran sabiq futbolçusu Serxio Aqueroya klubda iş təklif edib.

"Ole" nəşrinə istinadən, argentinalıya klubun səfiri vəzifəsi təklif olunub. Onun başqa klublardan təklifləri olduğuna görə hələlik "şəhərlilər"ə cavab verməyə tələsmədiyi bildirilib.

Qeyd edək ki, 10 il (2011-2021) "Mançester Siti"də çıxış edən Aquero bir sıra rekordları ilə klubun tarixinə düşüb.