Avro-2020-də gəlirlərin miqdarı açıqlanıb
Digər

Avro-2020-də gəlirlərin miqdarı açıqlanıb

  • 2021-06-22

Avro-2020-nin qrup mərhələsində iştiraka, oyunlarda qələbə və heç-heçəyə görə komandaların əldə edəcəyi gəlirin miqdarı açıqlanıb.

Qrup mərhələsində çıxış edən yığmaların hər biri 9,25 milyon avro qazanacaq. UEFA komandalara qələbəyə görə 1,5 milyon avro, heç heçəyə görə isə 750 min avro vəsait ödəyəcək.

Qeyd edək ki, iyunun 11-də start götürüb, iyulun 11-də yekunlaşacaq Avro-2020-nin ümumi mükafat fondu 371 milyon avrodur.