50 ildən sonra Braziliya çempionu oldular
Digər

50 ildən sonra Braziliya çempionu oldular

  • 2021-12-03

Braziliya çempionatının qalibi sona iki tur qalmış müəyyənləşib.

32-ci turda "Bayya"nı məğlub edən (3:2) "Atletiko Mineyro" vaxtından əvvəl qızıl medalları təmin edib.

Komanda bu nəticədən sonra xallarını 81-ə çatdırıb. İkinci pillədəki "Flamenqo"nun isə 72 xalı var.

Qeyd edək ki, bu, "Atletiko Mineyro"nun tarixində ikinci çempionluğudur. Belu-Orizonti təmsilçisi ilk çempionluğunu 50 il əvvəl – 1971-ci ildə qazanıb.