"Arsenal"ın futbolçusu soyğunçu ilə əlbəyaxa olub
- 2021-12-01
"Arsenal"ın müdafiəçisi Qabriel dostu ilə gecə klubundan qayıdarkən hücuma məruz qalıb.
"Daily Mail"ə istinadən, soyğunçular braziliyalı oyunçunun avtomobilini saxladığı qaraja daxil olublar. Onlar futbolçudan avtomobilin açarlarını, qol saatı və mobil telefonu tələb ediblər.
Soyğunçulardan biri 23 yaşlı oyunçunu beysbol çubuğu ilə hədələməyə başlayıb. Qabriel onunla əlbəyaxa olub və hücum edənlər qaçıblar. Hadisə avqust ayında baş verib, lakin təfərrüatlar yalnız indi məlum olub.
Qabriel və dostuna heç bir zərər dəyməyib.
Qeyd edək ki, müdafiəçi ötən ilin sentyabrında 26 milyon avroya "Lill"dən "Arsenal"a keçib. Qabriel London klubunda 42 oyun keçirib və 4 qol vurub.