Klublararası dünya çempionatı nə vaxt başyalacaq?
Digər

Klublararası dünya çempionatı nə vaxt başyalacaq?

  • 2021-11-29

2022-ci ildə keçiriləcək klublararası dünya çempionatının tarixi məlum olub.

"FİFA"nın rəsmi saytına istinadən, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təşkil olunacaq turnir 3-12 fevralda keçiriləcək.

Yarışın püşkatma mərasimi bu gün İsveçrənin Sürix şəhərində olacaq. Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, turnirdə Səudiyyə Ərəbistanının "Əl-Hilal", Meksikanın "Monterrey", Yeni Zelandiyanın "Oklend Siti", BƏƏ-nin "Əl-Cəzirə", İngiltərənin "Çelsi" və Braziliyanın "Palmeyras" komandaları iştirak edəcək.