Pol Poqba komanda yoldaşı Kərim Benzema haqda danışıb
- 2021-06-21
Fransa millisinin futbolçusu Pol Poqba komanda yoldaşı Kərim Benzema haqda danışıb.
"RTL France" nəşrinə əsasən, o bildirib ki, Benzema Avro-2020-də mütləq qol vuracaq: "Kim buna şübhə edə bilər? Heç kim, xüsusən fransızlar. O, matçda iştirak edərsə, müstəqil olaraq təhlükəli anlar yarada və qol vura bilər. Benzema Fransa formasını geyinməkdən heç vaxt narahat olmayacaq. Sual vermədən bir-birimizi dəstəkləməyə davam edəcəyik. Növbəti oyunlarda hər şeyi görəcəksiniz".
Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin 3-cü turunda Fransa millisi iyunun 23-ü Portuqaliya ilə qarşılaşacaq.