36-cı dəfə Argentina çempionu oldular
Digər

36-cı dəfə Argentina çempionu oldular

  • 2021-11-26

Argentina çempionatının qalibi müəyyənləşib.

22-ci turda "River Pleyt" "Rasinq"i 4:0 hesabı ilə məğlub edib və sona 3 tur qalmış bütün rəqibləri üçün əlçatmaz olub.

Paytaxt təmsilçisi 52 xalla ən yaxın izləyicisi "Defensa i Xustisiya"nı 12 xal qabaqlayıb.

Bu, "River Pleyt"in tarixində 36-cı çempionluğudur.