"Messi kimi oyunçunun bu cür oyunu doğru deyil"
Digər

"Messi kimi oyunçunun bu cür oyunu doğru deyil"

  • 2021-11-25

Niderland millisinin sabiq futbolçusu Rafael van der Vart "PSJ"nin hücumçusu Lionel Messini tənqid edib .

"Mundo Deportivo"ya istinadən, o, argentinalı hücumçu ilə bağlı deyib: "Messi məni kədərləndirir. Bu, iradə məsələsidir. Ya istəyərsən, ya da istəmərsən. Messiyə tələb var. Qol vurmasa və ya qol ötürməsi verməsə, deməli, pis oynayıb. Neymar və Mbappe daha çox iş görür.

Məsələn, Kriştiano Ronaldo. İki fərqli oyunçu olmalarına baxmayaraq, Ronaldo mübarizə aparır və komandanı növbəti səviyyəyə çıxarmaq istəyir. Messi vaxtaşırı meydançada gəzir, mən də düşünürəm ki, Messiyə ayıb deyil? Messiyə görə üzülürəm. Ayıbdır, çünki belə futbolçu bir daha dünyaya gəlməyəcək. Messi kimi oyunçunun bu cür oyunu doğru deyil".