Asiya Çempionlar Liqasının qalibi bilindi
Digər

Asiya Çempionlar Liqasının qalibi bilindi

  • 2021-11-24

Asiya Çempionlar Liqasının qalibi müəyyənləşib.

Finalda Cənubi Koreya təmsilçisi "Pohang Seelers"lə Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubları qarşılaşıb. 2:0 hesablı qələbə qazanan "Əl-Hilal" tarixində 4-cü dəfə Asiya Çempionlar Liqasının qalibi olub. 

Səudiyyə Ərəbistanı klubu bu nəticədən sonra 2022-ci ilin yanvarında keçiriləcək klublararası dünya çempionatına vəsiqə qazanıb.