Sulşerin "Mançester Yunayted"dən alacağı təzminatın miqdarı açıqlandı
Digər

Sulşerin "Mançester Yunayted"dən alacağı təzminatın miqdarı açıqlandı

  • 2021-11-22

“Mançester Yunayted”dən dünən istefaya göndərilən baş məşqçi Ole-Qunnar Sulşerin alacağı təzminatın məbləği məlum olub.

"The Times"da verilən xəbərdə, “Qırmızı şeytanlar” norveçli mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam verdiyi üçün ona 9 milyon avro təzminat ödəyəcək. 

Qeyd edək ki, Sulşer 2018-ci ildən "Mançester Yunayted"i çalışdırırdı. Komanda Premyer Liqada 7-ci sıradadır.