Eden Hazard sağlamlığı barədə danışıb
Digər

Eden Hazard sağlamlığı barədə danışıb

  • 2021-06-21

Belçika millisinin zədəsini yeni sağaldan futbolçusu Eden Hazard sağlamlıq durumu barədə danışıb.

30 yaşlı hücumçu Avro-2020-nin qrup mərhələsinin 3-cü turunda Finlandiya ilə matç öncəsi açıqlamasında 90 dəqiqə oynamağa hazır olmadığını deyib:  "Belə şeylərdə matçın gedişi də vacibdir. Amma 90 dəqiqə oynamaq üçün hazır olmaya bilərəm. Mümkün olduqca uzun müddət yüksək səviyyədə oynamağa çalışacağam. Bu, 50 dəqiqə də ola bilər, 60 dəqiqə də. Öz bacarıqlarıma heç vaxt şübhə ilə yanaşmamışam. Amma Avropa çempionatına 100 faiz hazır olacağıma əmin deyiləm. Ayaq biləyim 3 dəfə sınıb və heç vaxt 10 il əvvəlki halına qayıtmayacaq. Lakin fiziki cəhətdən yaxşı vəziyyətdə olsam, meydanda özümü sübut edə bilərəm. Bunun üzərində çalışıram".

Qeyd edək ki, Finlandiya - Belçika matçı bu gün Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Əlavə edək ki, "Real"ın da futbolçusu olan Hazard ötən mövsüm La Liqada 14, Çempionlar Liqasında isə 5 oyun keçirib.