Obameyanq: Premyer Liqanın ən göstərişli kapitanı mənəm
Digər

Obameyanq: Premyer Liqanın ən göstərişli kapitanı mənəm

  • 2021-11-19

Pyer Emerik Obameyanq "Arsenal"dakı mövqeyindən danışıb. 

Qabonlu hücumçu "Arsenal"ın kapitanı olmaqdan məmnundur.

Pierre Emerick Aubameyanq özünü "Premyer Liqanın ən göstərişli kapitanı" hesab edir. Qabonlu hücumçu "Arsenal"ın kapitanı olmağını "futbolda ən yaxşı qərar" kimi qəbul edir.

32 yaşlı hücumçu 2019-cu ildən "Arsenal"a kapitanlıq edir. Qranit Caka kapitan vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Aubameyanq qoluna kapitanlıq sarğısını taxıb və o vaxtdan vəzifəsini davam etdirir.

Aubameyang, kapitan kimi meydana çıxdıqdan sonra FA Kuboku və Kommuniti Şield türnirlərində qələbə qazanmağı bacarıb. Həm meydanda, həm də meydandan kənarda dostlarına örnək olan qabonlu hücumçu Mikel Artetanın əvəzolunmaz oyunçularından biridir.