Sterlinqdən xeyirxah addım
Digər

Sterlinqdən xeyirxah addım

  • 2021-11-19

"Mançester Siti"nin futbolçusu Rahim Sterlinq yeniyetmə yaşlarında təhsil aldığı "Ark Elvin Academy"də fond yaradıb.

Fond Yamaykada, Böyük Britaniyada və digər ölkələrdə fəaliyyət göstərəcək.
 
Fondun yaradılmasında məqsəd gənclərin təhsil səviyyəsini yaxşılaşdırmaq, sosial hərəkətliliyini artırmaq və öz potensiallarını həyata keçirməyə ruhlandırmaqdır.
 
Qeyd edək ki, "Ark Elvin Academy" Londonda yerləşir. Akademiyanın tələbələrinin 92 faizi etnik azlıqlardır.