Pioli "Milan"la yeni müqavilə imzalayacaq
Digər

Pioli "Milan"la yeni müqavilə imzalayacaq

  • 2021-11-16

"Milan"ın baş məşqçisi Stefano Pioli yaxın vaxtlarda klubu ilə müqaviləni yeniləyəcək.

Müqavilənin gələn həftə rəsmi olaraq elan edilməsi planlaşdırılır.

Mütəxəssislə 2+1 illik sözləşmə imzalanacaq.

Piolinin maaşının illik 3,5 milyon avro və əlavə olaraq bonuslardan ibarət olması gözlənilir.

Qeyd edək ki, "Milan" bu mövsüm A Seriyasında 12 oyunda 10 qələbə qazanıb və 2 heç-heçə edib.