"Ukrayna həyatımın komandasıdır"
Digər

"Ukrayna həyatımın komandasıdır"

  • 2021-11-15

Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko yığmanın hazırkı durumu barədə danışıb. 

Hazırda "Cenoa”nı çalışdıran 45 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında Ukrayna millisində işləməyin onun karyerasında xüsusi olduğunu bildirib və komandaya gələcək matçlarında uğurlar arzulayıb: 

"Ukrayna millisi mənim həyatımın komandasıdır. Komanda hazırdır. Bolqarıstanla oyuna baxmamışam, amma bütün rəyləri görmüşəm. Futbolçular həm psixoloji, həm də fiziki cəhətdən mübarizəyə hazırdır. Baş məşqçiyə və bütün heyətə uğurlar arzulayıram. Onlara hər zaman dəstəkləyəcəyəm və həmişə yanlarında olacağam". 

Qeyd edək ki, Şevçenko 2016-2021-ci illərdə yığmaya baş məşqçilik edib.