Kontedən komandaya yeni qadağalar
- 2021-11-11
"Tottenhem"in yeni baş məşqçisi Antonio Konte komandanın futbolçularına bəzi qidaları qadağan edib.
Bu barədə "The Atletic" məlumat yayıb. 52 yaşlı mütəxəssis bəzi oyunçuların artıq çəkisi olduğunu düşünür. Buna görə də o, oyunçulara ağır qidaları, sendviçləri, ketçup və mayonezi qadağan edib. Həmçinin oyunçulara daha az meyvə şirəsi veriləcək və yeməklərdə günəbaxan yağından az istifadə ediləcək. Bunun əvəzində Konte futbolçularını çox meyvə yeməyə səsləyib.
Qeyd edək ki, Konte "Tottenhem" ilə noyabrın 2-si 2023-cü ilin yayınadək müqavilə imzalayıb.