"Üç ildir ki, istefaya göndəriləcəyimi deyirlər"
Digər

"Üç ildir ki, istefaya göndəriləcəyimi deyirlər"

  • 2021-11-06

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer istefaya göndəriləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Norveçli mütəxəssis Britaniya mətbuatına açıqlamasında söyləyib:

“Mən bura gələndən belə iddialar var. Üç ildir ki, göndəriləcəyimlə bağlı şayiələr yayılır. “Mançester Yunayted”də çalışırsızsa, işinizin çətin olduğunu bilməlisiz”.

Qeyd edək ki, Sulşerin “Mançester Yunayted”lə müqaviləsi 2024-cü ilin yayına qədərdir.