Varan 3-4 həftə matçları buraxacaq
Digər

Varan 3-4 həftə matçları buraxacaq

  • 2021-11-03

"Mançester Yunayted"in müdafiəçisi Rafael Varan bud nahiyəsindən aldığı zədə səbəbindən qarşıdakı oyunlarda komandaya kömək etməyəcək.

Fransalı oyunçu Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun “Atalanta” ilə oyununda zədələnib.

Onun sağalması 3-4 həftə çəkəcək. Beləliklə, Varan "Mançester Yunayted"lə oyunlardan əlavə, DÇ-2022-nin seçmə mərhələsində Fransa millisinin matçlarını buraxacaq.

Qeyd edək ki, Rafaelin noyabrın 30-da "Arsenal"a qarşı keçirəcəkləri Premyer Liqaya görüşündən əvvəl sıraya qayıdacağı gözlənilir.