Harri Keyn "Tottenhem"də qalacaq
Digər

Harri Keyn "Tottenhem"də qalacaq

  • 2021-11-03

"Tottenhem"in futbolçusu Harri Keyn klubdan ayrılmaqla bağlı fikrini dəyişib. 

Buna səbəb Antonio Kontenin baş məşqçi təyin olunmasıdır. "The Sun"da yer alan məlumata görə, Keyn London klubundan ayrılmaq fikrindən daşınıb.

Daha əvvəl 28 yaşlı hücumçunun "Mançester Siti"yə keçəcəyi haqda xəbərlər yayılmışdı. 

Qeyd edək ki, Keyn bu mövsüm 9 matçda 1 qol vurub.