Kyeza Trezegenin rekordunu təkrarladı
Digər

Kyeza Trezegenin rekordunu təkrarladı

  • 2021-11-03

“Yuventus”un futbolçusu Federiko Kyeza üçün Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Zenit"lə matç əlamətdar olub.

24 yaşlı yarımmüdafiəçi görüşdə fərqlənib. Bununla da Kyeza komandasının ardıcıl 4-cü ev oyununda qol vura bilib. Nəticədə o, “qoca sinyora”nın sabiq hücumçusu David Trezegeyə məxsus rekordu təkrarlayıb. Fransalı 20 il əvvəl – 2001-ci ilin noyabrında turnirin ardıcıl 4-cü ev matçında qol vurub.

Qeyd edək ki, ilk 4 turda 12 xal qazanan “Yuventus” 1/8 final mərhələsinə vəsiqəni rəsmiləşdirib.