Ronaldodan qanunsuz hərəkət
Digər

Ronaldodan qanunsuz hərəkət

  • 2021-10-28

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo Portuqaliyadakı malikanəsinin bəzi hissələrini sökməli olacaq. 

Bu barədə Braqa şəhərinin meri Manuel Tibo danışıb. O, 36 yaşlı hücumçunun əvvəlcə təsdiq olunmuş layihə təqdim etdiyini, lakin sonradan tikinti ərazisinin genişləndiyini bildirib. Buna görə də Ronaldonun malikanəsinin qanunsuz sayılan hissələri söküləcək.

Sözügedən ərazilər 2022-ci ilin mart ayınadək sökülməlidir. 

Qeyd edək ki, Peneda-Geres Milli Parkının yaxınlığında yerləşən malikanələrin qiyməti 2,7 milyon avro olaraq qiymətləndirilir.