Ramosun psixoloji durumu yaxşı deyil
- 2021-10-27
PSJ-nin futbolçusu Serxio Ramos depressiyadadır.
35 yaşlı müdafiəçinin səhhətində ciddi problemlər yaranıb. Onun yaşıl meydanlara qayıdacağı vaxt hələ də məlum deyil. Zədəsini yeni sağaldan Ramos komandası ilə məşqlərə başlasa da, meydana çıxmağa hazır deyil. Bu da ispaniyalı oyunçunun psixoloji durumuna mənfi təsir edir.
Qeyd edək ki, Ramos bu ilin yayında PSJ-yə azad agent kimi keçib.