PSJ ciddi itki ilə üzləşib
- 2021-10-26
PSJ-in futbolçusu Marko Verratti zədələnib.
İtaliyalı yarımmüdafiəçi Fransa Liqa 1-in 11-ci turunda "Marsel"lə görüşdə sıradan çıxıb.
29 yaşlı oyunçunun bud əzələsindən xəsarət aldığı və onun 4 həftə meydana çıxa bilməcəyi açıqlanıb. Bu isə o deməkdir ki, təcrübəli futbolçu Paris təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsində "Leyptsiq"lə səfər oyununu, həmçinin 3 çempionat görüşünü buraxacaq.
Verratti İtaliya millisinin İsveçrə və Şimali İrlandiya ilə DÇ-2022-nin seçmə matçlarında da iştirak etməyəcək.