Kuman onun klubda qalmasını istəyir
Digər

Kuman onun klubda qalmasını istəyir

  • 2021-10-26

"Barselona"nın baş məşqçisi Ronald Kuman komandadan ayrılacağı gözlənilən Usman Dembelenin klubda qalmasını istəyir. 

Bu barədə 58 yaşlı mütəxəssis özü açıqlama verib. O deyib: 

"Biz Dembelenin komandada qalmasını istəyirik. O, bizim üçün vacib oyunçudur. Məqsədimiz indi Dembele ilə müqaviləni yeniləməkdir". 

Qeyd edək ki, Dembele 2017-ci ildən Kataloniya klubunda oynayır.  Onun "Barselona" ilə müqaviləsi 2021-ci ilin iyunu başa çatır.