İbrahimoviç əməliyyat olundu
- 2021-06-19
"Milan"ın futbolçusu Zlatan İbrahimoviç sol dizindən əməliyyat olunub.
39 yaşlı hücumçunun bərpa müddəti açıqlanmayıb. "Sky Sport Italia" yazıb ki, İsveçli oyunçunun avqustun ortalarında meydana qayıtması gözlənilir.
Xatırladaq ki, Zlatan zədə səbəbindən Avro-2020-ni buraxıb.