Baş məşqçi "Borussiya" ilə oyunu buraxacaq
Digər

Baş məşqçi "Borussiya" ilə oyunu buraxacaq

  • 2021-10-26

"Bayern" Münhenin baş məşqçisi Yulian Naqelsmann Almaniya kubokunun 2-ci təsnifat mərhələsinin "Borussiya" Münhenqladbax ilə oyununda komandaya rəhbərlik edə bilməyəcək .

Münhen təmsilçisinin Tvitter səhifəsinə istinadən xəbər verir ki, bu barədə o, özü məlumat verib. Alman mütəxəssis növbəti koronavirus testinin müsbət çıxdığını bildirib: 

"Təəssüf ki, Münhenqladbaxda olmayacağam. Mən hələ də ev karantinindəyəm. Dünən testdən keçdim, bu da göstərdi ki, matçda iştirak edə bilməyəcəyəm".

Qeyd edək ki, "Bavariya" - "Borussiya" görüşü oktyabrın 27-də keçiriləcək.