Dibalanın evi qarət olundu
Digər

Dibalanın evi qarət olundu

  • 2021-10-23

"Yuventus"un futbolçusu Paulo Dibalanın Turindəki evi qarət olunub.

"La Gazzetta dello Sport"a istinadən, oğrular 27 yaşlı yarımmüdafiəçinin evinə girərək birinci mərtəbədəki pəncərəni sındırıblar.

Mühafizəçi cinayətkarları görüb həyəcan siqnalını basıb, ancaq  soyğunçular gizlənərək qızıl zinət əşyaları götürərək qaça biliblər. Oğurlanan əşyaların dəyəri hələ ki, məlum deyil. Onların Dibalanın bahalı saat kolleksiyasını da oğurladığı güman edilir.