Digər

Messi ilə Ronaldinyonun səmimi görüşü - Video

  • 2021-10-22

Braziliya millisinin sabiq üzvü Ronaldinyo Çempionlar Liqasının qrup mərhələsində keçirilən "PSJ" - "Leyptsiq" matçını (3:2) stadiondan izləyib.

Görüş başlamazdan əvvəl keçmiş hücumçu "Barselona"da sabiq komanda yoldaşı olmuş və hazırda "PSJ"də çıxış edən Lionel Messi ilə səmimi görüşüb.

Xatırladaq ki, Messi sözügedən matçda dubl edib. 

Qeyd edək ki, Messi ilə Ronaldinyo "Barselona"da 5 il (2003-2008) birlikdə çıxış ediblər.