“Kimsə Ronaldonu bəyənmirsə, qoy bu matçı izləsin"
Digər

“Kimsə Ronaldonu bəyənmirsə, qoy bu matçı izləsin"

  • 2021-10-21

“Maneçster Yunayted”in baş məşqçisi Ole Qunnar Sulşer Kriştiano Ronaldonu tənqid edənlərə cavab verib.

48 yaşlı mütəxəssis Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Atalanta” ilə görüşdən sonra “Daily Mail”ə açıqlamasında deyib:

“Kimsə Ronaldonu bəyənmirsə, tənqid etmək istəyirsə, qoy bu matçı izləsin. Qoy onun necə oynadığını görsünlər. Ronaldo rəqibin qapısı qarşısında möhtəşəm davranır. Hücum oyunundan çox razı qaldım. Ondan istədik ki, rəqib müdafiəçilərinə təzyiq göstərsin. Ronaldo mərkəz hücumçusunun etməli olduğu hər şeyi etdi. Nəticədə oyunun hesabına da təsir göstərdi”.

Qeyd edək ki, Ronaldo “Atalanta” ilə qarşılaşmada fərqlənməyi bacarıb.