Çeferindən FİFA-ya sərt reaksiya
Digər

Çeferindən FİFA-ya sərt reaksiya

  • 2021-10-21

UEFA prezidenti Aleksandr Çeferin dünya çempionatlarının iki ildən bir keçirilməsi ideyasına münasibət bildirib.

O, bu fikri məntiqsiz layihə adlandırıb: 

"Bu layihəni dəstəkləmirəm. Əgər dünya çempionatının 2 ildən bir keçirilməsi barədə qərar verilsə, futbol adına qorxunc nəticələr ola bilər. Sizdən və FİFA-dan xahiş edirəm ki, layihənin tətbiq edilməsiylə bağlı səsvermə etməyin. Bu fikri və məsələnin səsverməyə çıxarılmasını məntiqli hesab etmirəm".

Qeyd edək ki, FİFA dünya çempionatlarının keçirilmə müddəti ilə bağlı qərarı ilin sonunda verəcək.