Klublararası dünya çempionatı bu ölkədə keçiriləcək
Digər

Klublararası dünya çempionatı bu ölkədə keçiriləcək

  • 2021-10-21

Klublararası dünya çempionatının keçiriləcəyi ölkə müəyyənləşib.

Bu barədə "New York Times" qəzetinin jurnalisti Tariq Panja özünün "Tvitter"hesabında yazıb. O, turnirin 2022-ci ilin əvvəlində Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacağını bildirib.

Qeyd edək ki, daha əvvəl Yaponiya koronavirusla əlaqədar turnirə ev sahibliyi etməkdən imtina etmişdi.