"Reşford futbolu prioritet hala gətirməlidir"
Digər

"Reşford futbolu prioritet hala gətirməlidir"

  • 2021-10-16

"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer Markus Reşford haqda danışıb.

Norveçli mütəxəssis, zədəsini yeni sağaldan hücumçunun ictimai fəaliyyətdən daha çox futbola üstünlük verməli olduğunu söyləyib:"Futbolçu üçün ən yaxşı yaşa yaxınlaşır, amma bəzi problemləri var.  Markus gözəl və fantastik işlər gördü, amma indi yəqin ki, futbolu bir prioritet halına gətirməlidir. Reşford ona hansı ümidlərin bağlandığını bilir, buna görə də ona ən yaxşı formada olması üçün mütləq vaxt verəcəyik".

Qeyd edək ki, Reşford bir neçə ildir ki, könüllü olaraq bir çox işlər görüb.23 yaşlı hücumçu, koronavirus pandemiyası dövründə uşaqlar üçün məktəbi pulsuz yeməklə təmin edib.