Peledən sevindirici xəbər
- 2021-10-15
Bir müddət əvvəl əməliyyat olunan əfsanəvi Pelenin durumu yaxşıdır.
Braziliyalı veteran futbolçu ölkəsinin mətbuatına açıqlamasında hətta futbol oynamağa hazır olduğunu bildirib: "İndi çox yaxşıyam, bazar günü futbol oynamağa da hazıram. Mənə dəstək olan və güc verən hər kəsə təşəkkür edirəm".
Qeyd edək ki, 81 yaşlı Pele sentyabrın 6-da bağırsağındakı şişə görə əməliyyat olunub.