Benzemanın uşaqlıq xəyalı
- 2021-10-15
"Real"ın futbolçusu Kərim Benzema uşaqlıq vaxtlarını xatırlayıb.
33 yaşlı hücumçu uşaqlıq xəyalının "Qızıl top"u qazanmaq olduğunu deyib:
"Təbii ki, bütün oyunçular bu mükafata sahib olmaq istəyər. Amma "Qızıl top"u qazanmaq mənim də uşaqlıq xəyalımdır. Uşaqlığımdan bəri bu mükafatı düşünürəm".
Qeyd edək ki, Kərim Benzema da "Qızıl top"u qazanmaq üçün namizədlər sırasındadır.