Zlatan yenidən yaşıl meydanlarda
Digər

Zlatan yenidən yaşıl meydanlarda

  • 2021-10-14

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç zədəsini tam sağaldıb. 

40 yaşlı hücumçunun komanda ilə məşqlərə başladığı bildirilib. 

İbrahimoviçin A Seriyasının 8-ci turunda "Verona" ilə matçda meydanda olacağı gözlənilir. 

Qeyd edək ki, İbrahimoviç zədə səbəbindən 6 matçı buraxıb.