Məhşur futbolçuya 6 aylıq həbs cəzası
- 2021-10-14
İspaniya məhkəməsi "Bavariya"nın futbolçusu Lukas Hernandesə 6 aylıq həbs cəzası verib.
"Marca"ya istinadən, Fransa millisinin üzvü 2010-cu ildə Madrid küçələrinin birində sevgilisi Ameliya Lorente ilə dalaşıb. Məhkəmə 2017-ci ildə onlara 31 günlük ictimai iş cəzası verib və 6 ay bir-birinə yaxınlaşmağı qadağan edib.
Buna baxmayaraq, cütlük bu yaxınlarda Mayamidə istirahətə yollanıb. Məhkəmənin qərarına əməl etmədiyi üçün Hernandesə 6 aylıq həbs cəzası verilib. Futbolçunun vəkili apellyasiya məhkəməsinə müraciət edib. İşə 10 gün ərzində baxılmalıdır.