Krespo istefaya göndərildi
Digər

Krespo istefaya göndərildi

  • 2021-10-14

Braziliyanın "San-Paulu" klubu baş məşqçisi Ernan Krespo ilə yollarını ayırıb.

Klubun rəsmi saytına istinadən, komandanın uğursuz nəticələri 46 yaşlı məşqçinin göndərilməsinə səbəb olub.

Qeyd edək ki, argentinalı mütəxəssis bu ilin fevralında "San-Paulu" ilə 2 illik müqavilə imzalamışdı. Onun komandası hazırda 29 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.