21-ci əsrdə ən çox het-trik edən futbolçular
Digər

21-ci əsrdə ən çox het-trik edən futbolçular

  • 2021-10-13

"Transfermarkt" portalı 21-ci əsrdə ən çox het-trik edən futbolçuların siyahısını hazırlayıb. 

Sıralamada 11 oyunçu yer alıb. İlk pillədə Portuqaliya millisinin və "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldodur. Onun aktivində 58 het-trik var. 

Argentina yığmasının və "PSJ"nin oyunçusu Lionel Messi 2-cidir. İlk "3-lüy"ü Uruqvay millisinin və "Atletiko"nun futbolçusu Luis Suares qapayır. 

1. Kriştiano Ronaldo - 58 het-trik

2. Lionel Messi - 55 het-trik

3. Luis Suares - 29 het-trik

4. Robert Levandovski - 26 het-trik

5. Neymar  - 20 het-trik

6. Mario Qomeş - 18 het-trik

7. Klas - Yan Hunterlaar - 18 het-trik

8. Serxio Aquero - 18 het-trik

9. Zlatan İbrahimoviç - 17 het-trik

10. Harri Keyn - 15 het-trik

11. Edinson Kavani - 15 het-trik