Mahir koronavirusa yoluxdu
Digər

Mahir koronavirusa yoluxdu

  • 2021-10-12

Azərbaycan millisinin "Legiya"da çıxış edən üzvü Mahir Emreli koronavirusa yoluxub.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. 24 yaşlı hücumçu koronavirusa yoluxduğu üçün DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə bugünkü görüşü buraxacaq. Həmçinin, o, klubu "Legiya"da da qarşıdakı bir sıra vacib rəsmi oyunları buraxmaq məcburiyyətində olacaq.

Oktyabrın 17-də Polşa çempionatının 11-ci turunda "Lex" (Poznan), oktyabrın 21-i Avropa Liqasının 3-cü turunda "Napoli" ilə (İtaliya) səfər oyununu, nəhayət, oktyabrın 24-ü Ekstraklasanın 12-ci turunda "Piast"la görüşdə iştirak edə bilməyəcək.