"Real Madrid"də legioner kapitan
Digər

"Real Madrid"də legioner kapitan

  • 2021-06-17

Serxio Ramosun “Real”dan ayrılmasından sonra komandanın kapitanlıq sarğısını Marselo daşıyacaq.

Bu barədə “Marca” məlumat yayıb. 31 yaşlı braziliyalı müdafiəçi Madrid təmsilçisinin 1904-cü  ildən bəri ilk legioner kapitanı olacaq. Əcnəbi futbolçulardan son dəfə “kral klubu”nun kapitanlıq sarğısını 1904-cü ildə qvatemalalı Federiko Reyverto daşıyıb.

Həmçinin Kərim Benzema komandanın 2-ci, Rafael Varan isə 3-cü kapitan olacaq.

Qeyd edək ki,Marselo 2007-ci ildən “Real”da çıxış edir.