Serxio Ramosun vida mərasimi
Digər

Serxio Ramosun vida mərasimi

  • 2021-06-17

"Real Madrid" komandadan ayrılan Serxio Ramosa vida mərasimi təşkil edib.

İspaniya mətbuatına əsasən, mərasimdə çıxışı zamanı ispan müdafiəçi bir neçə dəfə göz yaşlarını saxlaya bilməyib. Jurnalistlər alqışlarla Serxioya dəstək olublar.

Qeyd edək ki, Madrid təmsilçisi 35 yaşlı oyunçu ilə bu ay başa çatan müqavilənin müddətini yeniləməyib. Klub futbolçuya 1 illik müqavilə təklif etsə də, o, iki illik sözləşmə imzalanmasını istəyib. Bu səbəbdən tərəflər razılığa gələ bilməyiblər.

Xatırladaq ki, Ramos 2005-ci ildən "Real Madrid"də oynayırdı.